"Zirə" əcnəbi futbolçunun transferini rəsmiləşdirdi

“Zirə” klubu yay "transfer pəncərəsi"ndə heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun Facebook səhifəsinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi, Boyan Zaqoviçlə anlaşıb.

30 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanılıb. Çernoqoriyalı futbolçu, bundan əvvəl “Berane”, “Srvena Stiyena”, “Radniçki”, “Banat”, “Marsonia 1909”, “Riyeka”, “Timok”, “Metalaq Qornji Milanovaç”, “Novi Pazar”, “Radniçki Nis”, “Rad və “Baçka” klublarının formasını geyinib.

Qeyd edək ki, "Zirə" buna qədər Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov və Nicat Süleymanovu heyətinə qatmışdı.