"Zirə" Gəncədə xal itirdi
Bu gün Topaz Premyer Liqasında 21-ci tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Autsayder mövqeyində qərarlaşan "Kəpəz" "Zirə"ni qəbul edəcək. Gəncə təmsilçisi qələbə qazanmaqla "Keşlə"yə yaxınlaşmaq, "Zirə" isə itirdiyi mövqeyi geri qaytarmaq barədə düşünür.
Qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək.
01 aprel 2018
Topaz Premyer Liqası
21-ci tur
“Kəpəz” – “Zirə” - 0:0
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Cavanşir Yusifov, Əliyar Ağayev
Gəncə şəhər stadionu
Standings provided by Sofascore LiveScore