"Zirə"dən minimal hesablı qələbə

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Macarıstanın "Pakş" klubu olub.

Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb.

"Zirə" daha əvvəl Rumıniya "Voluntari"sinə qalib gəlib - 1:0. Qazaxıstan "Taraz"ı ilə görüş isə əlverişsiz hava şəraiti üzündən baş tutmayıb. Macarıstan çempionatında 18 turdan sonra "Pakş" 22 xalla 8-ci pillədə qərarlaşıb.

22 yanvar 2019
Yoxlama oyunu

"Zirə" - "Pakş" (Macarıstan) - 1:0
QOL: 
 İlkin Qırtımov, 57