"Zirə" ilk transferini gerçəkləşdirdi
"Zirə” klubu mövsümlərarası fasildə ilk transferini həyata keçirib.
SportLine.az xəbər verir ki, paytaxt təmsilçisi "Neftçi”dən ayrılan İlkin Qırtımovla razılıq əldə edib. 30 yaşlı sağ cinah müdafiəçisi ilə 1 illik müqavilə bağlanılacaq.
Qeyd edək ki, "Zirə” klubu mövsüm başa çatandan sonra 8 futbolçu - Milan Duriç, Yovan Krneta, Viktor İqbekoyi, Orxan Əliyev, Aleksandr Şemonayev, Comal Uilyams, Yani Urdinov və Elşən Abdullayev ilə yolları ayırıb, Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev, Vüqar Mustafayev və Sadio Tounkara ilə müqavilə müddəti uzadılıb.