"Keşlə" "Zirə"ni xalsız qoydu

Bu gün Topaz Premyer Liqasında 18-ci tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki görüş keçiriləcək.

Paytaxt derbisində "Zirə" "Keşlə"ni qəbul edəcək. "Qartallar" qələbə qazanmaqla "Qəbələ"yə çata bilərlər. "Keşlə" isə 3 xalla "Səbail"lə xal fərqini azaldacaq.

Qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.


04 mart 2018
Topaz Premyer Liqası
18-ci tur

“Zirə” – “Keşlə” - 1:2
QOLLAR: 
Tərlan Quliyev, 13 (0:1); Elşən Abdullayev, 28 (1:1); Slavik Alxasov, 73 (1:2)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüsal Qənbərov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu

 

Standings provided by Sofascore LiveScore