"Zirə" klubu hazırlığa başladı

"Zirə" komandası təlim-məşq toplanışına başlayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaur Həşimovun kollektivi yanvarın 7-nədək Bakıda haızrlıq keçəcək. "Qartallar" yanvar ayının 8-də Anlatiyaya yola düşəcək. 

"Zirə" toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 11-də Türkiyənin "Ümraniyespor", 16-da Rumınyanın "Sepsi", 21-də isə Serbiyanın "Napredak" komandası ilə qarşılaşacaq.