"Zirə" klubunun planları açıqlandı

“Zirə”nin yay təlim-məşq toplanışının planı bəlli olub. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komandanın  hazırlığı 2 mərhələdən ibarətdir. İlk mərhələ Bakıda olacaq və 21 iyun – 19 iyul tairxlərini əhatə edəcək. “Qartallar” bu müddətdə 4 yoxlama oyunu keçirəcək.

Komanda iyunun 29-da “Qəbələ”, iyulun 6-da “Sabah”, 13-də isə “Keşlə” ilə qarşılaşacaq. İyulun 19-daki rəqibin kimliyinə isə hələ aydınlıq gəlməyib.

Hazırlığın 2-ci hissəsi isə Türkiyənin Bolu şəhərində olacaq. “Zirə” 20 iyul – 4 avqust aralığında qonşu ölkədə təlim-məşq toplanışında olacaq. Samir Abasovun komandası burada da 4 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 23, 26, 30 iyul və 3 avqust tarixlərində nəzərdə tutulub.