"Zirə" legioneri ilə vidalaşdı

“Zirə” klubu legioneri ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, söhbət serbiyalı müdafiəçi Miloş Radivoyeviçdən gedir.

Klub rəhbərliyi onunla yeni müqavilə imzalamayacaq.

Qeyd edək ki, mövsümü 5-ci pillədə bitirən "Zirə" qapıçı Kamal Bayramov, müdafiəçi Sadiq Quliyev və hücumçu Pərdis Fərcad-Azadla da vidalaşıb.