"Zirə" legioneri ilə müqaviləni uzatmadı
"Zirə” klubu legioner futbolçusu ilə yolları ayırmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, söhbət Viktor İqbekoyidən gedir. 32 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti uzadılmayacaq.
Qeyd edək ki, son 3 mövsümü "Zirə”də keçirən İqbekoyi "Qarabağ”, "Turan” və AZAL-ın da formasını geyinib.