"Zirə" makedoniyalı futbolçu ilə münasibətləri rəsmiləşdirdi

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

SportLine.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, qəsəbə təmsilçisi Yani Urdinovla anlaşıb. Makedoniyalı futbolçu 6 aylıq müqaviləyə imza atıb. 26 yaşlı müdafiəçi cari mövsümün sonuna kimi Çexiyanın “Bohemians” klubundan icarəyə götürülüb.

Tərəflər arasında anlaşmaya əsasən, mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur.