"Zirə" Moldova millisinin üzvünü transfer etdi

"Zirə" heyətini daha bir futbolçu ilə gücləndirib.

SportLine.az xəbər verir ki, qəsəbə təmsilçisi Moldova millisinin üzvü Aleksandr Dedovla razılığa gəlib. Onunla 1,5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçinin son klubu "Milsami" olub. Bundan əvvəl isə A.Dedov “Daçiya”, “Şerif”, “Zimburu” və “Tırqu Mureş”də çıxış edib.