"Zirə" perulu futbolçu ilə anlaşdı

"Zirə" heyətinə yeni futbolçu cəlb etmək üzrədir.

Sportline.az Peru mətbuatına istinadən xəbər verir ki, Bakı təmsilçisi son klubu "Deportivo Munisipial" (Peru) olan Alvaro Ampuero ilə razılığa gəlib. "Zirə"nin yaxın günlərdə bu transferi rəsmən açıqlayacağı bildirilib.

Qeyd edək ki, perulu müdafiəçi 2013-cü ildə "Parma"da oynayıb. O, daha sonra  "Padova" və "Salernitana" klublarında icarə əsasında çıxış edib. 26 yaşlı oyunçu son klubu "Deportivo Munisipial"da zədəli olduğu üçün bu il cəmi 8 matçda oynayıb. A. Ampuero Peru millisinə də çağırılıb və 9 oyunda  iştirak edib.