"Zirə" "Qarabağ" qarşısına ciddi itki ilə çıxacaq

"Zirə" komandası Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq.

Sportline.az  xəbər verir ki, söhbət  zədəli qapıçı Kamal Bayramovdan gedir. 

Bu görüşdə "Zirə"nin qapısını 21 yaşlı Abdulla Seyidəhmədov qoruyacaq. 

Qeyd edək ki, "Zirə" - "Qarabağ" oyunu aprelin 27-də, saat 16:30-da başlanacaq.