"Zirə" - "Qarabağ": Statistik göstəricilər

Bu həftə Topaz Premyer Liqasında XXVI turun oyunları keçiriləcək. Eyni gündə - aprelin 27-də baş tutacaq tur "Zirə” üçün mövsümün son ev oyunu ilə əlamətdar olacaq.

Sportline.az xəbər verir ki, bu qarşılaşma iki komanda arasında 16-cı çempionat matçı olacaq. İlk dəfə 2015-ci ildə gələn rəqiblər 4 mövsüm ərzində 15 dəfə münasibətlərini aydınlaşdırıb. 4 dəfə rəqibindən bir xal alan "Zirə” 11 oyunda uduzub. "Qarabağ”ın qapısından 6 top keçirən komanda 30 qol buraxıb. "Qartallar”ın qollarına 5 futbolçu imza atıb ki, Mirsayib Abbasov digərlərindən çox – 2 dəfə fərqlənib.

8-ci dəfə ağdamlıları qəbul edəcək "Zirə” əvvəlki 7 ev oyununda 2 xal qazanıb. 5 dəfə uduzan futbolçularımız 3 qol vurub və 15-ni buraxıb.

Rəqiblər cari mövsümdə üç dəfə üz-üzə gəlib. Mövsümün ilk yarısında iki qələbə qazanan "Qarabağ” öz meydanında 3:2, "Zirə”nin ev oyununda 6:0 hesabı ilə qalib gəlib. III dövrənin səfər görüşündə isə komandamız bir xal əldə edib – 0:0.

2015/16 mövsümü

 

17.10.2015. Qarabağ - Zirə - 4:1

Samuel Armenteros, 5, 16; Riçard Almeyda, 26, 83 (p.) // İqor İvanoviç, 34

 

13.12.2015. Zirə - Qarabağ - 0:0

 

05.03.2016. Qarabağ - Zirə - 2:0

Muarem Muarem, 4; Mahir Mədətov, 90+3

 

01.05.2016. Zirə - Qarabağ - 0:2

Dani Kintana, 28; Reynaldo, 74

 

2016/17 mövsümü

 

19.09.2016. Qarabağ - Zirə - 2:0

Rahid Əmirquliyev, 20, 37

 

06.11.2016. Zirə - Qarabağ - 0:2

Dani Kintana, 69; Elvin Yunuszadə, 80

 

08.02.2017. Qarabağ - Zirə - 2:0

Əfran İsmayılov, 13; Dino Ndlovu, 47

 

19.03.2017. Zirə - Qarabağ - 0:0

 

2017/18 mövsümü

 

01.10.2017. Qarabağ - Zirə - 0:0

 

26.11.2017. Zirə - Qarabağ - 2:3

Vüsal İsgəndərli, 51; Riçard Qadze, 68 // Riçard Almeyda, 22; Dino Ndlovu, 26; Mahir Mədətov, 63

 

10.03.2018. Qarabağ - Zirə - 2:0

Dani Kintana, 22; Elvin Yunuszadə, 35

 

27.04.2018. Zirə - Qarabağ - 1:2

Aleksandr Dedov, 61 - Donald Gerye, 55; Markos Madera, 90+2

 

2018/19 mövsümü

 

26.09.2018. Qarabağ - Zirə - 3:2

Filip Ozobiç, 28 (p.); İnnosent Emeqara, 48, 85 // Mirsayib Abbasov, 56, 82

 

09.12.2018. Zirə - Qarabağ – 0:6

Dani Kintana, 29, 34, 57; Mahir Mədətov, 42; Markos Madera, 82; İlkin Qırtımov, 90+2 (ö.q.)

 

09.03.2019. Qarabağ - Zirə - 0:0