"Qarabağ"dan "Zirə"yə son dəqiqə zərbəsi

Bu gün Topaz Premyer Liqasında 25-ci tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. 

Cari mövsüm çempionluğu rəsmiləşdirən "Qarabağ" "Zirə"nin qonağı olacaq. Bu görüş Ağdam təmsilçisi üçün formal xarakter daşısa da, "Zirə" Avrokuboklara vəsiqə şanslarını saxlamaq üçün qələbəyə möhtacdır. 

Rauf Cabbarovun idarə edəcəyi qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.


27 aprel 2018
Topaz Premyer Liqası
25-ci tur

“Zirə” - “Qarabağ” - 1:2
QOLLAR:
Gerye, 55 (0:1); Aleksandr Dedov, 61 (1:1); Miçel, 90+3 (1:2)
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Elman Musayev, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu 

Standings provided by Sofascore LiveScore