"Zirə" Qazaxıstan və Rumıniya komandaları ilə qarşılaşacaq

"Zirə” futbol komandasının Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi iki rəqibi müəyyənləşib.

SportLine.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv yanvarın 15-də Qazaxıstan Super Liqasında çıxış edən "Taraz”, 18-də isə Rumıniyanın yüksək dəstəsində yer alan "Konkordiya” ilə qarşılaşacaq.

"Zirə”nin yoxlama oyunu keçirəcəyi daha iki rəqibi yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, "Zirə” 13 - 27 yanvarda Türkiyədə hazırlıq keçəcək.