"Zirə" "Qəbələ" ilə heç-heçə etdi

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Sənan Qurbanovun komandası “Zirə” ilə qarşılaşıb. Zirə İdman Kompleksində keçirilən matç 1:1 hesabı ilə başa çatıb. Oyunda hər iki qolu "Qəbələ"nin müdafiəçisi Murad Musayev vurub. 6-cı dəqiqədə avtoqol edən futbolçu 57-ci dəqiqədə rəqib qapısına yol tapıb.

29 iyun

Yoxlama oyunu

18:00 Zirə – Qəbələ - 1:1
Qollar: M. Musayev, 6-avtoqol (1:0), M. Musayev, 57 (1:1)