"Zirə" Qətər klubu ilə heç-heçə etdi
Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" yoxlama oyununda qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib Qətərin "Əl-Xaritiyah" klubu olub.
Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
“Zirə”nin qolunu 51-ci dəqiqədə Mirsahib Abbasov vurub. Rəqib komandadan isə 76-cı dəqiqədə Mahir Yusif fərqlənib.
Qeyd edək ki, “Zirə” Bolu toplanışı çərçivəsində iyulun 23-də "Giresunspor”, 30-da isə “Əskişəhərspor"la qarşılaşacaq.