"Zirə" qətərlilərlə bacarmadı
Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” qardaş ölkədə növbəti yoxlama oyunu keçirib.
Sportline.az xəbər verir ki, Bakı təmsilçisi Qətərin Premyer Liqa klubu “Əl-Vakrah”la qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Samir Abasovun komandasını yeganə qolunu penaltidən Cavid Hüseynov vurub.
Qeyd edək ki, "Zirə" bundan əvvəl Rumıniya "Konkordiya"sı ilə qolsuz bərabərə qalıb, Türkiyə "Adana Dəmirspor"suna məğlub olub (2:3), Nigeriya “Hartlend”ına 5:0 hesabı ilə qalib gəlib.
3 avqust
Yoxlama oyunu
Zirə – Əl-Vakrah - 1:2
Qol: Cavid Hüseynov-pen