"Zirə" ilk oyununda qələbə qazandı
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Rumıniyanın "Voluntari" kollektivi olub.
Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu Pərdis Fərcad Azad vurub.
Qeyd edək ki, bundan öncə "Zirə"nin Qazaxıstanın "Taraz" klubu ilə keçirilməli olan yoxlama oyunu əlverişsiz hava şəraiti səbəbilə ləğv edilib.
18 yanvar 2019
Yoxlama oyunu
"Zirə" - "Voluntari" (Rumıniya) - 1:0
QOL: Pərdis Fərcad Azad, 89/p. (1:0)
Antalya, Türkiyə