"Zirə" Rusiya klubunu üstələdi
Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Rusiyanın "Tambov" kollektivi olub.
Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Zirə" Antalya toplanışı çərçivəsində Rumıniya "Voluntari"sinə 1:0 hesabı ilə qalib gəlib, Macarıstan təmsilçisi "Paksi" ilə bərabərə (1:1) qalıb. "Taraz"la (Qazaxıstan) yanvarın 15-nə planlaşdırılan oyun isə güclü yağışa görə baş tutmayıb.
26 yanvar 2019
Yoxlama oyunu
"Zirə" - "Tambov" (Rusiya) - 2:0
Antalya, Türkiyə