"Zirə" "Sabah"dan güclü oldu
2018/19-cu il mövsümünə hazırlığı davam etdirən “Zirə” bu gün yoxlama oyunu keçirib.
SportLine.az xəbər verir ki, Ayxan Abbasovun komandası “Əlincə Arena”da “Sabah”ın qonağı olub.
Görüş “Zirə”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları penaltidən Aleksandr Dedov və İlkin Muradov vurub.