"Zirə"nin rəqibləri müəyyənləşdi
"Zirə"nin yay hazırlıq müddəti ərzində Bakıda keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib.
SportLine.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 22-də Bakıda bir araya gələcək "qartallar” iyulun 15-dək davam edəcək paytaxt toplanışında iki yoxlama oyununa çıxacaqlar. Komanda iyulun 7-də öz əvəzediciləri, iyunun 14-də isə "Sabah”la qarşılaşacaq.
İyulun 16-da istirahətə buraxılacaq "Zirə” 1 gün sonra Türkiyəyənin Bolu şəhərinə yola düşəcək. Komanda burada "Koru” oteldə məskunlaşacaq. İyulun 29-dək qonşu ölkədə məskunlaşacaq "qartallar” 4 yoxlama matçı keçirəcək. Qarşılaşmaların 18, 21, 24, 28 iyulda keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi hələlik bilinmir.