"Zirə" Samir Abasovla vidalaşdı

Bu gün klub "Zirə" rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, görüş zamanı “Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən, klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.

41 yaşlı mütəxəssis ötən mövsümdən "Zirə"ni çalışdırırdı.