"Zirə" "Səbail"ə qalib gəldi
Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Zirə” və “Səbail” klubları yoxlama gürüşündə üz-üzə gəlib.
SportLine.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma "Zirə"nin inamlı qələbəsi ilə başa çatıb.
25 mart 2018
Yoldaşlıq görüşü
“Zirə” - “Səbail” - 3:1
QOLLAR: Milan Duriç, 15-pen. Mirsahib Abbasov, 69; 75 - Vüqar Nadirov, 85-pen.