"Zirə" Skarlatake ilə bağlı qərar verdi

“Zirə” klubu futbolçusu Adrian Skarlatake ilə müqaviləni yeniləyib.

Sportline.az klubun “instagram” səhifəsinə istinadən xəbər verir ki, rumıniyalı müdafiəçi ilə sözləşmənin müddəti 1 illik uzadılıb. O, ötən ilin sentyabrından "Zirə"də çıxış edirdi.

Qeyd edək ki, "Zirə" bundan əvvəl Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca və Tellur Mütəllimovla da müqaviləni yeniləyib.