"Qəbələ" "Sabah"a uduzdu, "Zirə" "Sumqayıt"la heç-heçə etdi

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulur.

Sportline.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş olacaq. 

"Zirə" doğma meydanda "Sumqayıt"ı, "Qəbələ" isə "Sabah"ı qəbul edəcək .

15-00 “Zirə” – “Sumqayıt” 2:2

Qollar: Mfo Kqasvane, 3 (1:0), Peyman Babayi, 28 (1:1), Riçard Qadze, 58 (2:1), Əmir Ağayev, 81 (2:2) 
Hakimlər
: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu

17-00 “Qəbələ” – “Sabah” 1:2

Qollar: Davir Volkov, 44 (1:0), Cavid İmamverdiyev, 54 (1:1), Henrik Eksteyn, 73 (1:2)
Hakimlər:
 Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu