"Zirə" "Sumqayıt"la qarşılaşacaq

"Zirə" komandası millinin oyunların ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə zamanı yoxlama oyunu keçirəcək.

Sportline.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Bakı təmsilçisi "Sumqayıt"la qarşılaşacaq.

Noyabrın 16-ı Zirə İdman Kompleksində olacaq görüş saat 15:00-da başlanacaq.

Qeyd edək ki, "Zirə"ölkə çempionatının turnir cədvəlində hazırda 11 xalla 6-cı, "Sumqayıt" isə 14 xalla 4-cüdür.