"Zirə" "Sumqayıt"ı xalsız qoydu
Topaz Premyer Liqasında 12-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə azarkeşlər daha iki matça şahidlik ediblər.
Cari mövsüm qeyri-stabil çıxışla yadda qalan "Zirə" və "Sumqayıt" münasibətləri "Dalğa Arena"da aydınlaşdırıb. Paytaxt təmsilçisi qələbə qazanmaqla "Keşlə"yə çatıb.
25 noyabr 2018
TPL, 12-ci tur
“Zirə” – “Sumqayıt” - 3:1
QOLLAR: Aleksandr Dedov, 36 (1:0); Əfran İsmayılov, 45+3 (1:1); Aleksandr Dedov, 75 (2:1); Bilal Həmdi, 90+6 (3:1)
Hakimlər: Səbuhi Bayramov, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Dalğa Arena”
| 1 | Neftçi | 12 | 29 |
| 2 | Qarabağ | 12 | 24 |
| 3 | Səbail | 12 | 20 |
| 4 | Sabah | 12 | 17 |
| 5 | Qəbələ | 12 | 15 |
| 6 | Sumqayıt | 12 | 11 |
| 7 | Keşlə | 12 | 9 |
| 8 | Zirə | 12 | 9 |