"Zirə" "Taraz"la üz-üzə
Topaz Premyer Liqasının II yarısına Antalyada hazırlaşan "Zirə" bu gün ilk yoxlama matçına çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Qazaxıstanın "Taraz" kollektivi olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Qeyd edək ki, “Zirə”nin daha üç hazırlıq oyunu nəzərdə tutulub. Təmsilçimiz yanvarın 18-də “Voluntari” (Rumıniya), 23-də “Vorskla” (Ukrayna), 26-da isə “Şkupi” (Makedoniya) ilə qarşılaşacaq.
15 yanvar 2019
Yoxlama oyunu
17:00. "Zirə" - "Taraz" (Qazaxıstan) - TƏXİRƏ SALINDI
Antalya, Türkiyə