"Zirə" "Osmanlıspor"u məğlub etdi
Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Osmanlıspor" kollektivi olub.
Görüş Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, "Zirə" Türkiyədəki təlim-məşq toplanışında ilk yoxlama matçında Qətərin "Əl-Xaritiyah" klubu ilə heç-heçə edib - 1:1. Komanda ikinci görüşündə isə "Giresunspor"la qolsuz bərabərə qalıb.