"Zirə" Türkiyədən qələbə ilə dönür

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" sonuncu yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Traktor Sazi"nin U-23 komandası olub.

Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 3:0. "Zirə"nin heyətində qolları İlkin Muradov, Aleksandr Dedov və Mirsahib Abbasov vurublar.

Qeyd edək ki, "Zirə" bundan əvvəl keçirdiyi yoxlama oyunlarında Qətərin "Əl-Xaritiyah" (1:1) və Türkiyənin "Giresunspor" klubları (0:0) ilə bərabərə qalıb. "Osmanlıspor"u isə minimal hesabla məğlub edib.