"Zirə" Türkiyəyə bu heyətlə yollanır
Növbəti mövsümə hazırlığı Türkiyədə davam etdirəcək "Zirə" iyulun 19-da Boluya yola düşəcək. SportLine.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov toplanışa 21 futbolçu aparacaq.
Qəsəbə təmsilçisi hazırlıq dönəmində 4 yoxlama oyunu keçirəcək.
"Zirə” iyulun 20-də Qətərin "Əl-Xaritiyah”, 23-də Türkiyənin "Osmanlıspor”, 27-də isə "Eskişehirspor” komandaları ilə qarşılaşacaq. İyulun 30-u üçün nəzərdə tutulan matçdakı rəqib isə hələ bəlli deyil. Komanda avqustun 1-də Bakıya qayıdacaq.