"Zirə" üçün əlamətdar qol

"Zirə" klub tarixində 200-cü qolu vurub.

Sportline.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu, Topaz Premyer Liqanın 23-cü turuna təsadüf edib. "Bakcell Arena"da "Neftçi" ilə qarşılaşan “qartallar”ın bu oyunda (2:4) vurduğu ikinci qol yubiley xarakteri daşıyıb. Buna penaltini dəqiq yerinə yetirən Mfo Kqasvane imza atıb.

2014-cü ildə yaradılan “Zirə” indiyədək 161 oyun keçirib. Bu matçlarda 200 qol vuran komandanın orta məhsuldarlığı 1,24-ə bərabərdir.

Bu qollardan 125-i Premyer Liqa, 55-i Birinci divizion, 15-i Azərbaycan kuboku, 5-i UEFA Avropa Liqasına təsadüf edib. “Qartallar” evdə 110, səfərdə 90 dəfə fərqlənib.