"Zirə" yarımmüdafiəçisi ilə vidalaşdı

 "Zirə" daha bir futbolçu ilə yolları ayırıb.

Sportline.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Vüsal İsgəndərli ilə müqavilə qarşılıqlı razılaşma əsasında  ləğv edilib.

Qeyd edək ki, "Zirə" bundan əvvəl Adil Nağıyevlə vidalaşmışdı.