"Zirə" yeni transferini rəsmiləşdirdi
Botsvana milli komandasının üzvü Mfo Kqasvanenin "Zirə"yə transferi rəsmiləşib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb.
Xatırladaq ki, M.Kqasvane daha əvvəl ölkəsinin “Qaborone Yunayted” və CAR-ın “Baroka” klublarında çıxış edib.