"Zirə" yoxlama oyununda qalib gəlib

Növbəti mövsümə hazırlığı davam etdirən “Zirə” ilk yoxlama oyununu keçirib.

Sportline.az klubun facebook səhifəsinə istinadən xəbər verir ki, Zirə təmsilçisi əvəzediciləri ilə qarşılaşıb.

Oyun əsas komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə qolları Aleksandr Dedov və Kamal Mirzəyev vurub.