"Zirə"də 100 oyun keçirən futbolçu

Topaz Premyer Liqasının 11-ci turu “Zirə”nin futbolçusu Adil Nağıyev üçün ikiqat əlamətdar olub. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki, “Neftçi” ilə səfər oyunu müdafiəçinin komandada yubiley – 100-cü matçı kimi tarixə düşüb. 

O, klub tarixində “100”ə çatan ilk futbolçu olub. Bu müddətdə müdafiəçi 6 dəfə qol sevinci yaşayıb.

Qeyd edək ki, A.Nağıyev 2015-ci ildən "Zirə"də çıxış edir.