"Zirə" 5 futbolçu ilə müqavilə bağladı
"Zirə” klubu 5 futbolçu ilə müqaviləsini yeniləyib.
SportLine.az xəbər verir ki, qəsəbə təmsilçisi Anar Nəzirov, Kamal Bayramov, Vüqar Mustafayev, Sadiq Quliyevlə 1, Müşfiq İlyasovla isə 2 illik anlaşıb.
Qeyd edək ki, "Zirə" yay fasiləsində İlkin Qırtımovu heyətinə qatıb.