"Zirə"də ayrılıq davam edir: Daha 5 futbolçu getdi

Daha öncə "Zirə" klubunun 4 futbolçusu - Miloş Radivoyeviç, Kamal Bayramov, Sadiq Quliyev və Pərdis Fərcad-Azadla vidalaşdığını bildirmişdik.

Sportline.az xəbər verir ki, Samir Abasovun komandası daha 5 oyunçu ilə yollarını ayırıb.

"Zirə"nin sosial şəbəkə hesabında Budaq Nəsirov, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana və Dilan Duventru ilə müqavilənin müddətinin uzadılmayacağı bildirilib.