"Zirə"dən ayrılan futbolçu Yunanıstan klubunda

Ötən mövsümün sonunda "Zirə" ilə vidalaşan Yovan Krneta özünə yeni iş yeri tapıb. SportLine.az xəbər verir ki, serbiyalı futbolçu karyerasını Yunanıstanda davam etdirəcək. 26 yaşlı müdafiəçi "Levadiakos” klubu ilə razılığa gəlib.

Qeyd edək ki, Y.Krneta 2015 – 2018-ci illərdə "Zirə"nin uğurları üçün çalışıb.