"Zirə"dən növbəti heç-heçə
Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib yerli "Giresunspor" kollektivi olub.
Matçda hesab açılmayıb.
Qeyd edək ki, "Zirə" bundan əvvəl keçirdiyi yoxlama oyununda Qətərin "Əl-Xaritiyah" klubu ilə də bərabərə qalmışdı - 1:1.