"Zirə"nin futbolçusu milli komandada

"Zirə"nin futbolçusu Robin Nqalande Malavi millisinə dəvət olunub.

Sportline.az xəbər verir ki, 27 yaşlı hücumçu Afrika Millətlər Kubokunun təsnifat oyunları üçün seçmə komandaya çağırılıb.

Malavi millisi noyabrın 13-də  Sudan, 19-da isə Uqanda ilə qarşılaşacaq.

Xatırladaq ki, "Zirə"ni botsvanalı hücumçusu Mfo Kqasvane də ölkəsinin milli komandasına cəlb olunub.