"Zirə"nin futbolçusu "Səbail"lə razılığa gəldi

“Səbail” daha bir futbolçunu heyətinə cəlb edib.

SportLine.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son mövsümü “Zirə”də keçirən Orxan Əliyevlə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı hücumçu “Sumqayıt”, “Xəzər Lənkəran” və “Kəpəz”də də oynayıb.

Xatırladaq ki, paytaxt klubu Rahid Əmirquliyev, Ağabala Ramazanov və Şəhriyar Rəhimovu da transfer edib.