"Zİrə"nin futbolçusu üçün əlamətdar tur

Topaz Premyer Liqasının 26-cı turu “Zirə”də debütlə əlamətdar olub.

Sportline.az xəbər verir ki, “Qarabağ”la matça (0:3) start heyətdə başlayan Murad Musayev “Qartallar”ın heyətində ilk Premyer Liqa görüşünə çıxıb.

2014/15 mövsümündə də "Zirə"nin şərəfini qoruyan müdafiəçi 4 il əvvəl I divizionda 11 qarşılaşmada meydana çıxıb. 2015-ci il mayın 14-də keçirilən “Neftçala” ilə ev görüşü (1:3) Muradın “Zirə”nin heyətində son oyunu olub. 1444 gündən sonra yenidən “qartallar”ın əsas komandasında çıxış edən futbolçu bu dəfə Premyer Liqada oynamaq imkanı qazanıb. Musayevə qədər 70 futbolçu ölkə çempionatının yüksək dəstəsində "Zirə"nin formasını geyinib. Müdafiəçi bu siyahıda 71-ci olub.