"Zirə"nin legioneri: "Komandaya "ilk dördlük" üçün gəldim"

"Azərbaycanla bağlı təəssüratım çox yaxşıdır. Azərbaycana gəlməsəniz, burada nəyin baş verdiyini başa düşə bilmərsiniz.  Bir həqiqəti deyim ki, bura ilə bağlı ağlımda  tamam başqa fikirlər var idi, ancaq hamısı dəyişdi".

Sportline.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Anastasios Papazoqlu gazzetta.gr saytına müsahibəsində deyib.

O, Bakının gözəl şəhər olduğunu söyləyib: "Burada olduğum üçün çox şanslıyam. Həyat keyfiyyəti çox yaxşıdır. Hər yerdə inkişaf var. Belə davam edərsə, 4-5 il sonra Bakının Dubaya çeviriləcəyini düşünürəm".

31 yaşlı müdafiəçi bildirib ki, ilk andan Bakıdakı insanlar onu rahat hiss etdiriblər: Hər gün mənə hər şeydə kömək edirlər. Deyə bilərəm ki, asanlıqla uyğunlaşdım. Çox gözəl insanları var".

Papazoqlu Azərbaycan çempionatının səviyyəsi barədə verilən sualı belə cavablandırıb: "Bura Yunanıstandan fərqlidir. Ancaq səviyyə daim yüksəlir. Yunanıstanda zəif olan təşkilatçılıq burada yaxşıdır".

O, şəxsi hədəfi barədə  bunları deyib: "Hədəfim komandanın çempionatı ilk "dördlük"də başa vurmasına kömək etməkdir. Buna görə komandaya gəldim. Avropada çıxış etmək istəyirik. Komandanın və mənim məqsədim budur".

Yunanıstanlı müdafiəçi Yunanıstana qayıtmağı düşünmədəyini vurğulayıb: " Bu, mənim planlarımda yoxdur. Ancaq gələcəkdə nələrin baş verə biləcəyini heç vaxt bilmirsən".

Qeyd edək ki, Anastasios Papazoqlu bu ilin yayında "Zirə" ilə bir illik müqavilə imzalayıb.