"Zirə"nin legioneri milliyə çağırıldı

"Zirə" klubunun futbolçusu Robin Nqalande Malavi milli komandasına dəvət olunub. 

Sportline.az xəbər verir ki, 27 yaşlı hücumçu Lesotoya qarşı keçirəcəkləri yoxlama matçı üçün seçməyə çağırılıb. 

Qeyd edək ki, qarşılaşma oktyabrın 11-də keçiriləcək.