"Zirə"nin son yoxlama oyununun vaxtı açıqlandı
Türkiyədə təlim-məşq toplanışında olan "Zirə"nin sonuncu yoxlama oyununun vaxtı müəyyələşib. SportLine.az xəbər verir ki, paytaxt klubunun Macarıstan təmsilçisi "Haladaş"la qarşılaşması sabaha (3 fevral) təyin olunub.
Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
Qeyd edək ki, “Zirə” Antalya toplanışı çərçivəsində 2 yoxlama matçı keçirib. Bakılılar “Volentaru”ya (Rumıniya - 2:0) qalib gəlib, “Avanqard”a (Rusiya - 0:3) məğlub olublar.