"Zirə"nin stadionunu yenilik gözləyir
Zirə İdman Kompleksinin stadionunun süni örtüyü dəyişdiriləcək.
Sportline.az xəbər verir ki, bunu AFFA İcraiyyə Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov açıqlayıb.
O, "Zirə"nin ev oyunlarını keçirdiyi meydançaya təbii ot örtüyünün salınacağını bildirib. AFFA-nın vəsaiti hesabına görüləcək işlər iyulda başlanılacaq.
E.Məmmədov "Zirə"nin ardınca "Keşlə"nin ev oyunlarını keçirdiyi "İnter Arena"nın meydançasına təbii ot örütüyünün salınacağını bildirib.