"Zirə"nin yeni baş məşqçisi danışdı

“Zirə”nin yeni baş məşqçisi Zaur Həşimovun klubun rəsmi saytına açıqlama verib.

Sportline.az xəbər verir ki, 38 yaşlı mütəxəssis təyinatı ilə bağlı danışıb:

“Mənim üçün bir az gözlənilməz, amma xoş bir təklif oldu. Əvvələr də “Zirə”də çalışmışam. Bu klub mənim üçün doğmadı. “Zirə”də çalışanları da tanıyıram, bura mənə yad deyil. Çalışacam mənə tapşılıran işi uğurla yerinə yetirim. Köməkçilərimdən yalnız qapıçıların hazırlığı üzrə məşqçi Anar Niftəliyevin adı məlumdur. Digərlərinin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək”.